İŞİD Homs əyalətinin şərqindəki sonuncu hərbi aerodroma yaxınlaşıb

İŞİD Homs əyalətinin şərqindəki sonuncu hərbi aerodroma yaxınlaşıb Bu aviabaza əyalətin şərqində fəaliyyət göstərən sonuncu hərbi aerodromdur
Digər ölkələr
12 Dekabr , 2016 21:52
İŞİD Homs əyalətinin şərqindəki sonuncu hərbi aerodroma yaxınlaşıb

Bakı. 12 dekabr. REPORT.AZ/ İŞİD terror təşkilatının döyüşçüləri Suriya qoşunlarının Homs əyalətindəki "T-4" aviabazasına yaxınlaşıb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Masdar News" nəşri yazıb.

Bu aviabaza Homs əyalətinin şərqində fəaliyyət göstərən sonuncu hərbi aerodromdur.

Nəşrin məlumatına görə, terrorçular səhər saatlarında aviabaza yaxınlığından keçən Palmira-Homs yolu üzərindəki Cihar qovşağı ərazisində hücuma keçiblər. Suriya ordusunun tank diviziyası güclü hücuma tab gətirə bilməyib və həmin ərazidəki mövqelərindən geri çəkilib.

İndi, "Əl-Masdar News"un məlumatına görə, Suriya ordusu diqqəti hucum riski altında olan Qaryateyn şəhərinə yönəltməlidir.

Ötən gün qədim Palmira şəhəri ikinci dəfə İŞİD silahlıları tərəfindən işğal olunub.

Son xəbərlər

Orphus sistemi