İraqda silsilə partlayışlar nəticəsində 19 nəfər həlak olub
Digər ölkələr
- 28 fevral, 2015
- 13:20
Bakı. 28 fevral. REPORT.AZ/ İraqın paytaxtından şimalda yerləşən 2 şəhərdə bir neçə güclü partlayış törədilib. "Report" "TASS"a istinadən xəbər verir ki, partlayışlar nəticəsində 19 nəfər həlak olub.
Bağdaddan 70 km şimalda Diyala əyalətində yerləşən Baləd-Ruz şəhərində 2 partlayış baş verib. Agentlikdən verilən məlumata əsasən, terror aktı nəticəsində ən az 11 nəfər ölüb, daha 50 nəfər isə yaralanıb.
Digər bir terror aktını yaraqlılar Səmərra şəhərində törədiblər. Burada bomba qoyulmuş avtomobil nəzarət-keçid məntəqəsinin yaxınlığında partladılıb. Nəticədə hökumət qüvvələrinin 8 əməkdaşı həlak olub.
Bu yaşayış məntəqəsində polis və ordu qüvvələri ilə "İslam Dövləti" yaraqlıları arasında döyüş getdiyi bildirilir.
Son xəbərlər
08:33
Qızılın qiyməti avqustun 19-dan bəri ilk dəfə 4 450 dollardan aşağı düşüb
Maliyyə08:27
Foto
Türkiyədəki yanğında Mehmet Şimşəkin bacısı qızı da ölüb - YENİLƏNİB
Region08:24
ABŞ hər həftə İranla əlaqəli strukturlara qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir
Digər ölkələr08:22
ABŞ-nin BƏƏ-dəki bazası PUA hücumuna məruz qalıb
Region08:13
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:02
ABŞ İslandiyanın NATO-da qalmasını istəyir
Digər ölkələr07:38
SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub
Region07:32
İran Prezidenti: Biz müharibə axtarışında deyilik
Region07:21