İraqda İŞİD-in 56 terrorçusu öldürülüb

Digər ölkələr
  • 05 avqust, 2015
  • 05:04
İraqda İŞİD-in 56 terrorçusu öldürülüb

Bakı. 5 avqust. REPORT.AZ/ İraqın müxtəlif ərazilərində həyata keçirilən əməliyyatlarda İŞİD terror təşkilatının tərəfdarı olan 56 nəfər öldürülüb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ramadi şəhərinin rəsmisi Əli Davud bildirib.

O cümlədən, Ənbar Universitetinin ətrafında polislərlə İŞİD tərəfdarları arasında gedən döyüşlərdə 7 terrorçu öldürülüb.

Bundan başqa, ağır silah daşıyan 3 texnika məhv edilib. 

Bağdada yaxın ərazilərdə hava hücumları nəticəsində İŞİD-ə məxsus 4 avtomobil isə istifadəyə yararsız hala gətirilib.

Xatırladaq ki, İŞİD terror təşkilatı keçən ilin iyunun 10-dan Mosul və digər bəzi bölgələri ələ keçirdikdən sonra qarşıdurmalar bu günə kimi davam edir. İraq ordusu İŞİD-in ələ keçirdiyi əraziləri geri almaq üçün əməliyyatlar həyata keçirir. ABŞ rəhbərliyindəki koalisiya qüvvələri də İraq ordusuna havadan dəstək verir.