İndoneziyada terror aktları hazırlayan 11 yaraqlı həbs edilib

Digər ölkələr
  • 25 dekabr, 2015
  • 06:02
İndoneziyada terror aktları hazırlayan 11 yaraqlı həbs edilib

Bakı. 25 dekabr. REPORT.AZ/ İndoneziya xüsusi xidmət orqanları ölkənin müxtəlif əyalətlərində apardığı reyd nəticəsində 2 nəfər kamikadze-terrorçunu həbs edib.

"Report" TASS-a istinadən xəbər verir ki, ümumilikdə isə beş günə 11 nəfər həbs edilib. Onlar Milad bayramı və Yeni il öncəsi terror aktları törədəcəyi şübhəsiylə güc strukturları tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, şübhəli şəxslər kilsələrə, polis bölmələrinə, eləcə də ölkənin silahlı qüvvələrinin komanda məntəqələrinə hücumlar hazırlayıb.

44 - Tezliklə