İndoneziyada ilin əvvəlindən 100-dən çox adam denqe qızdırmasından ölüb

İndoneziyada ilin əvvəlindən 100-dən çox adam denqe qızdırmasından ölüb Bakı. 28 yanvar. REPORT.AZ/ İndoneziyada bu ilin əvvəlindən yayılmağa başlayan denqe qızdırmasından 100-dən çox adam ölüb.
Digər ölkələr
28 Yanvar , 2019 11:41
İndoneziyada ilin əvvəlindən 100-dən çox adam denqe qızdırmasından ölüb

Bakı. 28 yanvar. REPORT.AZ/ İndoneziyada bu ilin əvvəlindən yayılmağa başlayan denqe qızdırmasından 100-dən çox adam ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, ən çox ölüm halı əhalinin ən sıx məskunlaşdığı Şərqi Yava vilayətində qeydə alınıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, yanvar ayında 9,6 mindən çox xəstəliyə yoluxma halı qeydə alınıb. Ayrı-ayrı vilayətlərdə keçən ilə nisbətən xəstəliyə yoluxma sayındakı artım 40% təşkil edir.

Yerli KİV güclü yağışların denqe qızdırmasının əsas daşıyıcıları olan ağcaqanadların populyasiyasını artırdığını yazır. Proqnozlara görə, əlverişsiz epidemioloji vəziyyət hələ iki ay davam edəcək.

Son xəbərlər

Orphus sistemi