Yəmənin husi üsyançılarının nümayəndəsi Təl-Əvivdəki Ben-Qurion hava limanına raket zərbəsi endirdiklərini bəyan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria deyib.
"Yəmən silahlı qüvvələrinin raket qoşunları xüsusi hərbi əməliyyat keçirərək Ben-Qurion hava limanına "Fələstin-2" tipli hipersəs ballistik raketi ilə zərbə endirib. Raket hədəfə çatıb, əməliyyat nəticəsində tələfat olub və hava limanında naviqasiya dayandırılıb", - husilərin nəzarətində olan "Əl Məsirə" telekanalının yayımladığı bəyanatda hərəkatın nümayəndəsi deyib.
Y.Saria, həmçinin iddia edib ki, "Ənsər Allah" qüvvələri pilotsuz uçuş aparatı ilə Tel-Əviv rayonunda İsrail düşməninin əhəmiyyətli hədəfini məhv edib.