Hulusi Akar Latviyada səfərdədir

Hulusi Akar Latviyada səfərdədir Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün Latviyaya səfər edəcək.
Digər ölkələr
28 İyul , 2022 13:31
Hulusi Akar Latviyada səfərdədir
Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Latviyanın paytaxtı Riqada səfəri başlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hulusi Akar üçün Bretrendə ilk mərasim keçirilib. Latviya Baş nazirinin müavini və müdafiə naziri Artis Pabriks tərəfindən ölkənin ən böyük abidə kompleksi olan “Qəhrəmanlar qəbiristanlığı”na gəlişi ilə qarşılanan H.Akar daha sonra mərasimin keçiriləcəyi əraziyə keçib.

Türkiyə milli müdafiə naziri parad qarovulunu salamlaması ilə başlayan mərasimdə hərbi orkestr tərəfindən iki ölkənin dövlət himnləri səsləndirilib. Mərasim əsgərlərin rəsmi paradından sonra başa çatıb.

10:41

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün Latviyaya səfər edəcək.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Latviya baş nazirinin müavini, müdafiə naziri Artis Pabrikslə görüşəcək.

Nazirlər regional məsələləri, o cümlədən qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi