Hindistanda maoilərlə toqquşmada onlarla hərbçi öldürülüb

Hindistanda maoilərlə toqquşmada onlarla hərbçi öldürülüb Hindistanın Çhattisqarx ştatında silahlı maoi qrupu ilə toqquşma zamanı təhlükəsizlik xidmətlərinin azı 22 əməkdaşı həlak olub, daha 31 nəfər yaralanıb
Digər ölkələr
4 Aprel , 2021 13:49
Hindistanda maoilərlə toqquşmada onlarla hərbçi öldürülüb

Hindistanın Çhattisqarx ştatında silahlı maoi qrupu ilə toqquşma zamanı təhlükəsizlik xidmətlərinin azı 22 əməkdaşı həlak olub, daha 31 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə "Sinxua" agentliyi bildirib.

“The Times of India” qəzetinin məlumatına görə, silahlı toqquşma maoilərin axtarışı üzrə əməliyyatın keçirildiyi Bijapur dairəsində olub. Əməliyyatda Hindistanın xüsusi təyinatlı dəstəsinin 2 mindən çox üzvü, həmçinin COBRA (CoBRA – “Commando Battalion for Resolute Action” - red) elit xüsusi bölmənin döyüşçüləri iştirak edib. Maoilər ağır itkilər veriblər.

Ölkənin baş naziri Narendra Modi hadisəni özünün tvitterdəki səhifəsində şərh edib. "Fikirlərim Çhattisqarxda maoistlərlə döyüşdə həlak olanların ailələriylədir", - o şənbə günü yazıb. Modi həmçinin bütün yaralılara ən qısa zamanda şəfa arzulayıb.

Maoilər Hindistanda 1960-cı illərdən fəaliyyət göstərirlər. Onlar maoizmi, marksizm-leninizmi təbliğ edirlər və hazırda Hindistanın 28 ştatından 14-də aktivdirlər.

Son xəbərlər

Orphus sistemi