Hindistanın Çhattisqarx ştatında silahlı maoi qrupu ilə toqquşma zamanı təhlükəsizlik xidmətlərinin azı 22 əməkdaşı həlak olub, daha 31 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə "Sinxua" agentliyi bildirib.
Ölkənin baş naziri Narendra Modi hadisəni özünün tvitterdəki səhifəsində şərh edib. "Fikirlərim Çhattisqarxda maoistlərlə döyüşdə həlak olanların ailələriylədir", - o şənbə günü yazıb. Modi həmçinin bütün yaralılara ən qısa zamanda şəfa arzulayıb.
Maoilər Hindistanda 1960-cı illərdən fəaliyyət göstərirlər. Onlar maoizmi, marksizm-leninizmi təbliğ edirlər və hazırda Hindistanın 28 ştatından 14-də aktivdirlər.