Hindistan Kəşmirə əlavə hərbi qüvvə göndərir
Digər ölkələr
- 05 avqust, 2019
- 08:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistan Pakistanın iddia etdiyi Kəşmir bölgəsinə daha 8 minədək hərbçi göndərir.
“Report” NDTV-yə istinadən xəbər verir ki, hazırda hərbçilər ölkənin müxtəlif bölgələrindən nəqliyyat təyyarələri ilə ora daşınır.
Ötən həftə ölkənin orta bölgəsindən Kəşmirə əlavə 35 minədək hərbçi göndərilmişdi.
Eyni zamanda bu gün Hindistanın daxili işlər naziri Amit Şah parlamentə Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv etməyi nəzərdə tutan qanun layihəsi təqdim edib.
Qeyd edək ki, belə statusun təsbit olunduğu Konstitusiyanın 370-ci maddəsi ölkə parlamentinin qəbul etdiyi bir çox qanunların ştat assambleyası tərəfindən də təsdiqləndikdən sonra həmin bölgədə qüvvəyə mindiyini nəzərdə tutur.
Son xəbərlər
04:14
Koşta: 24 Aİ ölkəsi 2027-ci il üçün Ukraynaya əlavə kreditin ayrılmasını dəstəkləyib
Digər ölkələr
03:39
Türkiyə Monteneqro vətəndaşları üçün viza tələbini bərpa edib
Region
03:22
Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib
Xarici siyasət
03:11
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
Digər ölkələr
02:42
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
Digər ölkələr
02:28
Gürcüstanda keçirilən "Beşiktaş" – "Hapoel" matçında baş verən qarşıdurmada 16 nəfər saxlanılıb
Region
02:00
UEFA Konfrans Liqasında IV turun oyunları keçirilib
Futbol
01:58
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib
Futbol
01:35
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
Digər ölkələr