Hindistan ABŞ-la ticarət sazişi bağlamağa hazırdır

Hindistan ABŞ-la ticarət sazişi bağlamağa hazırdır Nyu-Dehli artıq sabah ABŞ-la ticarət sazişini imzalamağa hazırdır, amma konkret müddətlər Amerika tərəfindən asılıdır.
Digər ölkələr
1 Sentyabr , 2020 21:42
Hindistan ABŞ-la ticarət sazişi bağlamağa hazırdır

Nyu-Dehli artıq sabah ABŞ-la ticarət sazişini imzalamağa hazırdır, amma konkret müddətlər Amerika tərəfindən asılıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyinin, həmçinin Dəmir Yollarının başçısı Piyuş Qoyyal bildirib.

Vaşinqtonda ABŞ və Hindistanın strateji əməkdaşlığının virtual forumunda çıxış edən Piyuş Qoyyal deyib: "ABŞ-da daxili siyasi vəziyyət icazə verən kimi biz hər şeyi yekunlaşdıra bilərik. Mən hərçənd sabah onu imzalamağa hazıram".

"Mən indi Laythayzerlə (ABŞ-ın ticarət danışıqlarında nümayəndəsi Robert Laythayzer - red) danışıqlar apardım. Hər ikimiz bunu seçkilərə qədər, əks təqdirdə seçkilərdən az sonra etmək imkanına baxmağı razılaşdırdıq", - Qoyyal əlavə edib.

Son xəbərlər

Orphus sistemi