Helsinki hava limanında 24 nəfər qazdan zəhərlənib

Digər ölkələr
  • 01 dekabr, 2016
  • 19:13
Helsinki hava limanında 24 nəfər qazdan zəhərlənib

Bakı. 1 dekabr. REPORT.AZ/ Finlandiyanın Helsinki-Vantaa hava limanının ikinci terminalının uçuş zonasında naməlum qaz sızması baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində 24 nəfərin tənəffüsündə problem yaranıb, onlardan 9 nəfəri xəstəxanaya yerləşdirilib.

"Yle" nəşri yazır ki, bütün zərərçəkənlər hava limanı əməkdaşları olublar, sərnişinlərdən heç kim zərər çəkməyib.

Ehtimala görə, buna havalandırma sistemində yaranan nasazlıq səbəb ola bilər.