Hayfada terror hücumu nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB

Digər ölkələr
  • 03 mart, 2025
  • 13:01
Hayfada terror hücumu nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB

Hayfada avtovağzalda baş verən hücumda bir nəfər ölüb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə İsrail təcili yardım xidmətinin (MDA) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ölən şəxs 70 yaşlarında bir kişi olub. Üçü ağır vəziyyətdə olmaqla dörd yaralını xəstəxanaya göndəriblər.

“Kommersant”ın məlumatına görə, hücum edən şəxs zərərsizləşdirilib.

12:49

İsrailin şimalındakı Hayfada avtovağzalda törədilən terror aktı nəticəsində 5 nəfər yaralanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə İsrail təcili yardım xidmətinin (MDA) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlardan birinin vəziyyəti kritik, üç nəfərin vəziyyəti ağırdır.

“Saat 09:53-də 101 MDA qaynar xəttinə Hayfa avtovağzalında bıçaqlı hücum nəticəsində yaralanan bir neçə qurban barədə məlumat daxil olub”, - məlumatda bildirilib.

44 - Tezliklə