Hakan Fidan: Türkiyə terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə icazə verməyəcək
Digər ölkələr
- 10 dekabr, 2024
- 02:08
ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, diplomatlar Suriyadakı son hadisələri müzakirə ediblər.
H. Fidan həmkarı Blinkenə Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin əhəmiyyətini vurğulayaraq, Türkiyənin terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə əsla icazə verməyəcəyini bildirib.
İllərdir diqqətdən kənarda qalan infrastrukturun yenidən qurulmasında beynəlxalq ictimaiyyətin Suriya xalqına dəstək verməsinin vacib olduğunu qeyd edən Fidan bildirib ki, bu ölkəyə humanitar yardımların fasiləsiz çatdırılması üçün səylər göstərilməlidir.
Son xəbərlər
08:04
İstanbulda mikroavtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb
Region07:37
Rusiyanın İrkutsk vilayətindəki ticarət mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB
Digər ölkələr07:13
Qvardiola yayda "Mançester Siti"dən ayrıla bilər
Futbol06:40
Filippindəki tullantı poliqonunda baş verən uçqunda itkin düşən sonuncu şəxsin cəsədi tapılıb
Digər ölkələr06:12
DASH pəhrizi yenidən ürək sağlamlığı üçün ən yaxşı diyet seçilib
Sağlamlıq05:43
CNN: Tramp Lula da Silvanı Sülh Şurasının təsisçilərindən biri olmağa dəvət edib
Digər ölkələr05:15
"Economist" Qrenlandiya məsələsində Aİ-nin ABŞ-ni sıxışdıra biləcəyi zəif nöqtələri göstərib
Digər ölkələr04:40
ABŞ ordusuna hipersəs silahının verilməsi gecikir
Digər ölkələr04:12