ABŞ-da Vaşinqton qarışıqlıqları ilə əlaqədar kütləvi həbslər başlandı

ABŞ-da Vaşinqton qarışıqlıqları ilə əlaqədar kütləvi həbslər başlandı ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) paytaxt Vaşinqtonda bir həftə əvvəlki qarışıqlıqların 100-dən çox iştirakçısını həbs edib və 200-dən çox potensial qanun pozucusunu müəyyən edib.
Digər ölkələr
15 Yanvar , 2021 03:48
ABŞ-da Vaşinqton qarışıqlıqları ilə əlaqədar kütləvi həbslər başlandı

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) paytaxt Vaşinqtonda bir həftə əvvəlki qarışıqlıqların 100-dən çox iştirakçısını həbs edib və 200-dən çox potensial qanun pozucusunu müəyyənləşdirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə FTB-nin rəhbəri Kristofer Rey bildirib.

"Biz və partnyorlarımız ötən həftə cinayətkar fəaliyyətdə - Kapitolinin mühasirəsində iştirak etmiş 100-dən çox insanı həbs etdik”, - Kristofer Rey deyib.

O, bildirib ki, bununla bağlı təhqiqat davam edir.

FTB buna bənzər hadisələri törətmək istəyənlərə qəti şəkildə xəbərdarlıq edib.

"Yanvarın 6-dan artıq 200-dən çox insanı müəyyən etdik. Biz bilirik, siz kimsiniz. Əgər orada olsanız, onda FTB agentləri sizi tapacaqlar", - Rey xəbərdarlığında vurğulayıb.

Yanvarın 6-da ABŞ prezidenti Donald Trampın tərəfdarları Vaşinqtonda Trampın mitinqindən sonra Kapitoliyə hücum ediblər. Nəticədə Konqresin işi bir neçə saatlıq dayanıb. Qarışıqlıqlar nəticəsində beş nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi