Fransanın hazırkı hökumətinin bir neçə üzvü iyunun 30-da keçirilmiş parlament seçkilərinin birinci turun nəticələrinə əsasən ikinci tura çıxa bilib.
“Report”un məlumatına görə, bu barədə LCI telekanalı səsvermənin ilkin nəticələrinə istinadən xəbər verir.
Xüsusən, solçu "Yeni Xalq Cəbhəsi"nin nümayəndəsindən böyük fərqlə Paulin Rapiy-Fernyo (21,39%), xarici işlər naziri Stefan Sejurne O-de-Sen departamentinin 10-cu seçki dairəsində səslərin 46,07 %-ni qazanaraq ikinci tura çıxıb. Daxili işlər naziri Jerald Darmanen də ilk turdan sonra 41 % səslə irəlidədir, onun "Milli Birlik"dəki əsas rəqibi Bastien Verbruqe isə yalnız 36,9 % səs toplayıb.
Eyni zamanda, kənd təsərrüfatı naziri Mark Feno 32,7 % nəticə ilə ikinci yeri tutub və "Milli Birlik"dən namizəd Marin Barde (35,2 %) ilə demək olar, eyni səs toplayıb. Mənzil məsələləri üzrə nümayəndə-nazir Qiyom Kasbaryan da birinci turda yalnız ikinci yeri (32,7 %) tutub, "Milli Birlik"dən olan rəqibi Emma Minodanu 4 %-lə (36,7%) geridə qalıb.
Növbədənkənar parlament seçkilərinin ilk turunda sağçı "Milli Birlik" Partiyası 33 % səs toplayıb. Seçki marafonunda ikinci yeri 28,5 % ilə solçu "Yeni Xalq Cəbhəsi" tutub. "Respublika uğrunda birlikdə" prezident koalisiyası 22 % qazanıb. Parlamentin aşağı palatasına seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.