Fransa prezidenti seçkilərində seçicilərin iştirakı 28,54 faiz təşkil edir
Digər ölkələr
- 23 aprel, 2017
- 11:37
Paris. 23 aprel. REPORT.AZ/ Fransada keçirilən prezident seçkilərinin birinci turunda Bakı vaxtı ilə saat 14:00-a olan vəziyyətə görə, seçicilərin iştirakı 28,54 faiz təşkil edib.
"Report"un Fransa bürosu xəbər verir ki, bu, 2012- ci ilin analoji göstəricilərini (28,29%) üstələyir.
1981-ci ildən bu yana seçkilərdə iştirak edən seçicilərin saat 14:00-a qədər ən yüksək fəallığı 2007-ci ildə qeydə alınıb (31,2%).
Fransada Bakı vaxtı ilə səhər saat 10:00-da açılan 66 min 546 seçki məntəqəsi axşam 19:00-dək, böyük şəhərlərdə isə 21:00 qədər fəaliyyət göstərəcək.
Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 50 min polis və 7 min hərbçi səfərbər edilib. Ümumilkdə 47 milyon fransalıya seçkilərdə iştirak etmək üçün çağırış göndərilib.
Son xəbərlər
12:40
Azərbaycandakı bankların Mərkəzi Bank qarşısında öhdəliyinin məbləğinə görə renkinqi (01.01.2026)
Maliyyə12:35
AMEA-nın Kimya Elmləri Bölməsi azad edilmiş ərazilərin mineral xammal ehtiyatları barədə araşdırma aparacaq
Elm və təhsil12:32
KOB evlərində ötən il sahibkarlara göstərilmiş xidmətlərin sayı açıqlanıb
Biznes12:25
Bazar gününün havası açıqlanıb
Ekologiya12:20
İspaniya Qazaxıstana 90 min dollar məbləğində vəzifə saxtakarlığında təqsirləndirilən gömrük əməkdaşını təhvil verib
Region12:20
Azərbaycandakı bankların depozit portfelinin məbləğinə görə renkinqi (01.01.2026)
Maliyyə12:18
Foto
Neftçalada yanvar faciəsinin şahidi: Sovet əsgərlərinin vəhşiliyini sözlə ifadə etmək çətindir
Daxili siyasət12:16
Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək
Fərdi12:15