Fransada Milli Cəbhə liderinin əleyhinə etiraz aksiyası keçirilib - FOTO

Fransada Milli Cəbhə liderinin əleyhinə etiraz aksiyası keçirilib - FOTO Aksiya Marin Le Penin səs verdiyi Henən Bomon şəhərində baş tutub
Digər ölkələr
23 Aprel , 2017 18:50
Fransada Milli Cəbhə liderinin əleyhinə etiraz aksiyası keçirilib - FOTO
Report.az

Paris. 23 aprel. REPORT.AZ/ Fransada Milli Cəbhənin lideri Marin Le Penin səs verdiyi seçki məntəqəsinin qarşısında etirak aksiyası keçirilib.

"Report"un Fransa bürosu xəbər verir ki, aksiya Marin Le Penin səs verdiyi Henən Bomon şəhərində baş tutub.

Belə ki, feminist cərəyanının üzvləri kinayə ilə və uca səslə «Marin prezident» şüarlarını səsləndirərək küçədə namizədin əleyhinə piket təşkil ediblər.

Bir neçə nəfərin iştirak etdiyi etiraz aksiyasının özünəməxsusluğu etirazçıların bədənlərinə «Team Marine» - "Marinin komandası" sözlərini yazmaları, habelə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin maskalarını geymələrindən ibarət olub.

Etirazçılar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. 

Son xəbərlər

Orphus sistemi