Fransada keçirilən etiraz aksiyaları zamanı 2 nəfər xəsarət alıb

Fransada keçirilən etiraz aksiyaları zamanı 2 nəfər xəsarət alıb Nümayişi dağıtmağa cəhd göstərən polis gözyaşardıcı qazdan istifadə edib
Digər ölkələr
24 Aprel , 2017 02:26
Fransada keçirilən etiraz aksiyaları zamanı 2 nəfər xəsarət alıb
Foto: tvc.ru

Paris. 24 aprel. REPORT.AZ/ Fransada bir qrup şəxs prezident seçkilərində «İrəli» hərəkatının təsisçisi Emmanuel Makronun və "Milli Cəbhə"nin lideri Mari Le Penin qələbə qazanaraq ikinci tura çıxması əleyhinə etiraz aksiyası keçirib.

"Report"un Fransa bürosu xəbər verir ki, aksiyalar zamanı narazılarla polis əməkdaşları arasında toqquşmalar baş verib.

Belə ki, aksiya iştirakçıları bankların və polis avtomobillərinin şüşələrini sındırıb. Etirazçılar həmçinin asayiş keşikçilərinə şüşə qablar atıblar. 

Toqquşmalar zamanı biri yeniyetmə olmaqla, iki nəfər ağır xəsarət alıb. "Bastiliya" meydanında başlayan nümayiş Parisin İV, Xİ, Xİİ və XİX rayonlarına da yayılıb. 

Nümayişi dağıtmağa çalışan polis gözyaşardıcı qazdan istifadə edib.

Son xəbərlər

Orphus sistemi