Fransa polisi məktəblilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
"Report"un Fransa bürosu xəbər verir ki, Parisin Elen Buşer (Helene Bouchert) liseyinin şagirdləri pensiya sistemindəki islahatlara etiraz olaraq aksiya keçirirlərmiş.
Bu zaman şagirdlərlə polislər arasında qarşıdurma yaranıb. Nəticədə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Şagirdlər də etiraz olaraq məktəbə giriş və çıxışı nəzarətə götürməyə nail olublar.
Məktəblilər arasında Parisin Moris Ravel (Maurice Ravel), Onore de Balzak (Honore de Balzac), Jak Dekur (Jacques Decour) və Kolber (Colbert) liseyinin şagirdləri də var.
[VIOLENCES POLICIÈRES] Devant le lycée Hélène Boucher à Paris, des policiers gazent les lycéen•ne•s mobilisé•e•s.
Ça suffit cette répression policière qui empêche un rassemblement pacifique.