Floridada atışma nəticəsində iki nəfər ölüb

Digər ölkələr
  • 30 iyul, 2023
  • 22:11
Floridada atışma nəticəsində iki nəfər ölüb

ABŞ-ın Florida ştatının Qeynsvill şəhərində baş verən atışma nəticəsində azı iki nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ştat polisinə istinadən ABC telekanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, insident Florida Universitetinin şəhərciyi yaxınlığında baş verib. Belə ki, polis əməkdaşları atəş səslərini eşidib və hadisə yerinə gediblər.

Hazırda şübhəli şəxs saxlanılmayıb, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

44 - Tezliklə