Finlandiya sərhədçiləri miqrantlara qarşı güc tətbiq ediblər

Finlandiya sərhədçiləri miqrantlara qarşı güc tətbiq ediblər Niirala keçid məntəqəsində Finlandiya sərhədçiləri sərhədi keçmək istəyən şəxslərə qarşı güc tətbiq ediblər.
Digər ölkələr
17 noyabr 2023 23:24
Finlandiya sərhədçiləri miqrantlara qarşı güc tətbiq ediblər

Niirala keçid məntəqəsində Finlandiya sərhədçiləri sərhədi keçmək istəyən şəxslərə qarşı güc tətbiq ediblər.

“Report” xəbər verir ki, bu barədə yerli “Yle” nəşri məlumat yayıb.

Qeyd olunur ki, 30-a yaxın velosipedçidən ibarət qrup sərhəd-keçid məntəqəsinə gedib. Onları dayandırmaq üçün güc tətbiq etmək lazım gəlib. Gələnlərdən biri mühafizəçilərin yanından qaçmağa çalışıb, ona görə də həmin şəxsə qaz tətbiq etmək məcburiyyəti yaranıb.

Mövcud vəziyyət sabitləşdikdən sonra sərhədçilər insanları bir-bir sərhəddən keçirməyə başlayıblar.

Son xəbərlər

Orphus sistemi