Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirir

Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirir Finlandiya Quru Qoşunları Sərhəd Mühafizəsi ilə birgə Rusiya ilə sərhəd rayonlarında təlimlər keçirir.
Digər ölkələr
21 İyul , 2024 18:41
Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirir

Finlandiya Quru Qoşunları Sərhəd Mühafizəsi ilə birgə Rusiya ilə sərhəd rayonlarında təlimlər keçirir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Quru Qoşunlarının qərargahının mətbuata açıqlamasında bildirilir.

“Cənub 2/24” təlimində təxminən 1 700 nəfər və 300-ə yaxın texnika iştirak edir.

Təlimlər səbəbindən Vaalimaa keçid məntəqəsinə gedən avtomobil yolu avqustun əvvəlinə qədər bağlanacaq.

Sankt-Peterburqa ən yaxın olan Vaalimaa keçid məntəqəsi Finlandiya və Sovet İttifaqı arasında ilk sərhəd keçid məntəqəsi kimi 1958-ci ildə açılıb. Bu, Avropa İttifaqının ən işlək quru sərhəd keçid məntəqələrindən biridir. Finlandiya Nazirlər Kabinetinin qərarı ilə 2023-cü ilin noyabr ayının sonundan etibarən Rusiya ilə sərhəddəki bütün yol keçid məntəqələri növbəti xəbərdarlığa qədər bağlanıb.

Son xəbərlər

Orphus sistemi