Finlandiya F-35-in ön gövdələrinin istehsalına başlayacaq

Finlandiya F-35-in ön gövdələrinin istehsalına başlayacaq Finlandiyanın müdafiə avadanlığı şirkəti "Patria" və Amerika təyyarə "istehsalçısı Lockheed Martin" bazar ertəsi Finlandiya tərəfindən 64 F-35 qırıcısının alınması layihəsi çərçivəsində birbaşa sənaye əməkdaşlığına dair ilk çərçivə sazişini imzalayıb.
Digər ölkələr
19 İyun , 2023 22:27
Finlandiya F-35-in ön gövdələrinin istehsalına başlayacaq

Finlandiyanın müdafiə avadanlığı şirkəti "Patria" və ABŞ-ın təyyarə istehsalçısı "Lockheed Martin" bazar ertəsi Finlandiya tərəfindən 64 F-35 qırıcısının alınması layihəsi çərçivəsində birbaşa sənaye əməkdaşlığına dair ilk çərçivə sazişini imzalayıb.

"Report" xəbər verir ki, razılaşma Finlandiyada F-35 qırıcılarının ön gövdəsinin yığılmasına aiddir. Ümumilikdə, 400 belə hissənin yığılması nəzərdə tutulur. Qurğular "Patria"nın "Jamsa Hall" zavodunda yığılacaq.

"Gələcəkdə yalnız ABŞ və Finlandiya belə istehsal imkanlarına malik olacaq. Biz artıq qlobal zəncirdə iştirak edirik. Ümid edirik ki, gələcəkdə biz də istehsal və tədarük həcmini artıra biləcəyik", - deyə "Patria"nın F-35 layihəsinin direktoru Petri Hepola bildirib.

Qeyd edilib ki, "Patria" hazırda F-35 üçün hissələrin istehsalı və mühərriklərin yığılması ilə bağlı məsələlərlə əlaqədar danışıqlar aparır.

Son xəbərlər

Orphus sistemi