Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB Filippinin cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.
Digər ölkələr
11 Fevral , 2024 17:05
Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Filippinin cənubundakı Davao-de-Oro əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 54-ə çatıb, daha 63 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

“Report” xəbər verir ki, bu barədə ABS-CBN News məlumat yayıb.

Təxminən 9 hektar ərazidə aparılan axtarış-xilasetmə əməliyyatlarına hərbçilər də daxil olmaqla 500-ə yaxın adam cəlb olunub.

Xilasedicilər cümə günü dağıntılar altında təxminən 60 saat qalmış üç yaşlı qızı aşkar etdikdən sonra sağ qalanları tapmaq üçün ümidlərini davam etdirirlər.

11:47

Filippinin cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.

“Report”un məlumatına görə, bu barədə “Reuters” yerli məmur Edvard Makapiliyə istinadən xəbər verir.

Onun sözlərinə görə, 32 nəfər xəsarət alıb, daha 77 nəfər itkin düşüb.

Hələ də sağ qalanların olub-olmaması ilə bağlı sualı cavablandıran E. Makapili bunun çətin olduğunu, lakin axtarışların davam etdiriləcəyini bildirib.

Rəsmi əlavə edib ki, 300-dən çox insanın iştirak etdiyi xilasetmə işləri güclü yağışlar və yeni sürüşmə təhlükəsi səbəbindən dayandırılıb, lakin fevralın 11-də bərpa edilib.

Son xəbərlər

Orphus sistemi