Filippində məktəbdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb - YENİLƏNİB-2

Digər ölkələr
  • 18 sentyabr, 2026
  • 13:06
Filippində məktəbdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb - YENİLƏNİB-2

Filippinin cənubunda, Banqa bələdiyyəsindəki məktəbdə atışma nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Bu barədə "Report" Filippin mediasına istinadən xəbər verir.

Bildirilib ki, daha azı 17 nəfər yaralanıb.

Filippinin cənubunda, Banqa bələdiyyəsindəki məktəbdə atışma nəticəsində ölənlərin sayı ikiyə çatıb.

Bu barədə "Report" "Sinxua"ya istinadən xəbər verir.

Bildirilib ki, daha ən azı yeddi nəfər yaralanıb.

Fövqəladə hallar üzrə yerli orqanın məlumatına görə, hadisədən sonra bələdiyyədəki bütün təhsil müəssisələrində dərslər dayandırılıb.

Filippinin cənubunda orta məktəbdə atışma baş verib, ölən və xəsarət alanlar var.

Bu barədə "Report" Filippin mediasına istinadən xəbər verir.

Atışma nəticəsində ən azı bir nəfər ölüb, dörd şagird yaralanıb.

Digər təfərrüatlar açıqlanmayıb.