Filippində zəlzələ nəticəsində ölənlərin sayı 69-a çatıb - YENİLƏNİB-4

Digər ölkələr
  • 01 oktyabr, 2025
  • 09:41
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 69-a çatıb - YENİLƏNİB-4

Filippinin mərkəzi hissəsində baş verən 6,9 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən məlumat verir.

Hökumət sağ qalanların axtarışı və elektrik enerjisi və su təchizatının bərpası üçün təşkilatları səfərbər edib.

Seysmoloji xidmətlərin hesablamalarına görə, zəlzələnin episentri təxminən 10 km dərinlikdə yerləşib və bir neçə afterşok qeydə alınıb. Zəlzələdən sonra sunami təhlükəsi olmayıb.

Filippində 6,9 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60-a çatıb, 37 nəfər yaralanıb.

Bu barədə "Report" "GMA News"a istinadən xəbər verir.

Filippin Mülki Müdafiə Təşkilatının müşaviri Bernardo Alexandro bildirib ki, meyitlər Sebu əyalətindəki Boqo şəhər xəstəxanasına gəlməkdə davam edir:

"Ölənlər barədə getdikcə daha çox məlumat daxil olur. Bizə 60 nəfərin ölümü ilə bağlı məlumat daxil olub", - o deyib.

Hakimiyyət orqanlarının məlumatına görə, San-Remixio əyalətində idman-istirahət kompleksi çöküb, insanlar dağıntılar altında qalıb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Filippində 6,9 bal gücündə baş verən zəlzələ nəticəsində azı 20 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "ABS-CBN News" məlumat yayıb.

Qeyd olunub ki, San-Remixio əyalətində idman-istirahət kompleksi çöküb, insanlar dağıntılar altında qalıb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, tektonik mənşəli zəlzələnin episentri Sebu əyalətinin Boqo şəhərindən təxminən 20 kilometr şimal-şərqdə, 5 kilometr dərinlikdə yerləşib.

Son xəbərlər

Bütün Xəbər Lenti