Estoniya və Finlandiya arasında zədələnmiş “Estlink 2” elektrik kabelinin təmirinə başlanılıb

Estoniya və Finlandiya arasında zədələnmiş “Estlink 2” elektrik kabelinin təmirinə başlanılıb Fin körfəzində Estoniya və Finlandiya arasındakı zədələnmiş “Estlink 2” elektrik kabelinin təmirinə başlanılıb.
Digər ölkələr
28 Dekabr , 2024 16:25
Estoniya və Finlandiya arasında zədələnmiş “Estlink 2” elektrik kabelinin təmirinə başlanılıb

Fin körfəzində Estoniya və Finlandiya arasındakı zədələnmiş “Estlink 2” elektrik kabelinin təmirinə başlanılıb.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə “Fingrid” enerji şirkətinin nümayəndəsi Kimmo Nepola “Helsingin Sanomat” qəzetinə bildirib.

"Əldə olan məlumata görə, təmir işləri iyulun sonuna qədər davam edəcək", - o qeyd edib.

Şirkət nümayəndəsi əlavə edib ki, kabeldə təmir işlərinin dəyəri on milyonlarla avro məbləğində qiymətləndirilir və xərclər “Fingrid” və Estoniyanın “Elering” ötürmə sistemi operatoru arasında bərabər bölünəcək.

Xatırladaq ki, Finlandiya və Estoniya arasındakı kabel dekabrın 25-də sıradan çıxıb. Finlandiya kabeli Kuk adalarının bayrağı altında üzən “Eagle S” tankerinin lövbərinin zədələməsindən şübhələnir və onun Fin körfəzindəki dörd beynəlxalq sualtı telekommunikasiya şəbəkəsinin zədələnməsində də rolu ola biləcəyini istisna etmir.

Son xəbərlər

Orphus sistemi