Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdəki Yay Olimpiya Oyunlarının açılış mərasimində LGBT-nin təbliğ edilməsini Roma Papası Fransisk ilə müzakirə etmək niyyətində olduğunu bildirib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, o, bu barədə Ankarada hakim Ədalət və İnkişaf Partiyasının əyalətlərdən olan nümayəndələri ilə görüşündə bildirib.
Ərdoğan Olimpiadanın açılış mərasimində təqdim olunan Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərinin parodiyasını “utancverici” adlandırıb.
“Fransa Prezidenti Emmanuel Makron məni Olimpiadanın açılışına dəvət etmişdi, lakin 13 yaşlı nəvəm ora getmək fikrindən məni daşındıra bildi. İnsanları birləşdirməli olan tədbir insani dəyərlərə düşmənçiliklə açıldı. Bütün xristian dünyasına qarşı atılmış bu addımı müzakirə etmək üçün ilk imkandaca Roma Papasına zəng edəcəyəm. Qərb LGBT-nin girovuna çevrilib. Onlar bir şey deyə bilmirsə, biz deyərik!”, - Ərdoğan deyib.