Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

Digər ölkələr
  • 05 may, 2024
  • 13:56
Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

“Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub”.

“Report” xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib.

Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:

“Yaz və yayda bizim əlavə resursumuz var - Günəş, külək. Bu, coğrafi və hava şəraitinə görə qışda çox məhdud olan resursdur”.