Əlcəzairdə qar magistral yollarda nəqliyyatın hərəkətini iflic edib

Əlcəzairdə qar magistral yollarda nəqliyyatın hərəkətini iflic edib Əlcəzairin şimal bölgələrinə yağan güclü qar magistral yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb olub.
Digər ölkələr
6 yanvar 2024 20:53
Əlcəzairdə qar magistral yollarda nəqliyyatın hərəkətini iflic edib

Əlcəzairin şimal bölgələrinə yağan güclü qar magistral yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb olub.

"Report" xəbər verir ki, bu barədə TASS Əlcəzairin Milli Jandarmına istinadən məlumat yayıb.

Əsasən Tizi-Ouzou əyalətini Bejaia və Bouira ilə birləşdirən bir neçə yolda nəqliyyatın hərəkəti iflic olub. Ən çətin vəziyyət dağ aşırımları olan ərazilərdə müşahidə olunur. Qarın yağması ilə əlaqədar polis sürücülərə diqqətli olmağı tövsiyə edib.

Meteorologiya xidməti qeyd edib ki, bu, həftəsonu iyirmidən çox əyalətdə qar yağacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi