Əfqanıstanda zəlzələ səkkiz nəfərin həyatına son qoyub
Digər ölkələr
- 04 aprel, 2026
- 10:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Əfqanıstanda 5,8 maqnitudalı zəlzələ bir ailənin səkkiz üzvünün həyatına son qoyub.
"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələ aprelin 3-ü axşam saatlarında şimal-şərqdəki Bədəxşan vilayətində 186 kilometr dərinlikdə baş verib.
Qeyd olunub ki, yeraltı təkanlar paytaxt Kabil də daxil olmaqla ölkənin bir neçə regionunda hiss olunub.
"Kabil vilayətinin Qosfənd-Dərə rayonunda zəlzələ nəticəsində bir ailənin səkkiz üzvü həlak olub", - Səhiyyə Nazirliyinin mətbuat katibi Şərafət Zaman deyib.
O əlavə edib ki, ailədən yalnız iki yaşlı bir uşaq sağ qalıb.
Son xəbərlər
12:42
Tokayev BTC ilə Qazaxıstan neftinin tədarükünün artırılması planlarını açıqlayıb
Energetika
12:41
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
Elm və təhsil
12:38
Sabah Bakıda hava çiskinli olacaq
Ekologiya
12:38
Şafkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik
Xarici siyasət
12:38
AMB: Lombardların girov götürdükləri əmlaklar qorunacaq
Maliyyə
12:36
Tokayev: "Transxəzər rabitə xəttinin istifadəyə verilməsi mühüm mərhələdir"
İKT
12:33
Foto
Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq
Turizm
12:33
Azərbaycanın futzal millisi tarixdə ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq
Futbol
12:32
Qazaxıstan AQEM çərçivəsində preventiv diplomatiya mexanizminin yaradılmasını təklif edib
Xarici siyasət