Yuxarı
    Bağlamaq

    ​Əfqanıstanda terrorçu-kamikadze ABŞ hərbçilərinin avtomobil karvanına hücum edib, ölənlər və yaralananlar var

    Hadisənin məsuliyyətini terrorçu Taliban hərəkatı üzərinə götürüb

    Bakı. 21 may. REPORT.AZ/ Əfqanıstanın mərkəzində, Bahram mahalında terrorçu-kamikadzenin ABŞ Silahlı Qüvvələrinə məxsus avtomobil karvanına hücumunun çoxlu qurbanı var.

    "Report" xəbər verir ki, bu haqda "Khaama Press" məlumat yayıb.

    Şahidlər bildirib ki, terrorçu partlayıcı dolu avtomobili hərbçilərin maşın karvanına çırpıb. Hadisənin məsuliyyətini terrorçu "Taliban" hərəkatı üzərinə götürüb.

    Hakimiyyət bu terror aktını hələ təsdiqləməyib.

    Qeyd edək ki, Bahramda ABŞ Silahlı Qüvvələrinin bazası yerləşir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi