Bakı. 10 iyul. REPORT.AZ/ Əfqanıstanın şərqində Nanqarxar əyalətinin inzibati mərkəzində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 11 nəfər həlak olub və 4 nəfər yaralanıb.
Bu barədə "Report" Tolo News yerli telekanalına istinadən xəbər verir.
Kamikadze Cəlalabad şəhərində nəzarət-buraxılış məntəqəsinə hücum edib. Həlak olanlar arasında Milli Təhlükəsizlik İdarəsinin iki əməkdaşı da var. Terror aktının digər qurbanları dinc sakinlər olublar. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Hazırda ölkə ərazisində fəaliyyət göstərən heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.