Əfqanıstanda neft anbarı yaxınlığında partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB

Əfqanıstanda neft anbarı yaxınlığında partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB Əfqanıstanın paytaxtı Kabilin qərbində dövlət neft anbarı yaxınlığında avtomobil partlayıb.
Digər ölkələr
11 Avqust , 2024 19:29
Əfqanıstanda neft anbarı yaxınlığında partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabilin qərbində dövlət neft anbarı yaxınlığında avtomobilin partlaması nəticəsində bir nəfər ölüb, 11 yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "TOLO News" telekanalı Kabil Polis İdarəsinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, avtomobil Daşt-e Bərçi ərazisində partladılıb.

"Hasht-e Subh" qəzetinin məlumatına əsasən, avtomobildə azı 20 nəfər olub. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Bundan əvvəl “Etilaatroz” qəzeti Kabilin qərbində dövlət neft anbarının ərazisində partlayış baş verdiyini yazıb.

17:43

Əfqanıstanın paytaxtı Kabilin qərbində dövlət neft anbarı yaxınlığında avtomobil partlayıb.

"Report" xəbər verir ki, bu barədə "Etilaatroz" qəzeti məlumat yayıb.

Partlayış nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisənin səbəbi və itkilərin sayı barədə təfərrüatlar açıqlanmayıb.

"Taliban" hələlik insidentlə bağlı şərh verməyib.

Son xəbərlər

Orphus sistemi