Əfqanıstanda məsciddəki partlayışda ölənlərin sayı 47-yə çatıb - YENİLƏNİB

Əfqanıstanda məsciddəki partlayışda ölənlərin sayı 47-yə çatıb - YENİLƏNİB Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində yerləşən Güzərgah məscidində törədilən partlayış nəticəsində 20 nəfər ölüb.
Digər ölkələr
2 sentyabr 2022 14:42
Əfqanıstanda məsciddəki partlayışda ölənlərin sayı 47-yə çatıb - YENİLƏNİB

Əfqanıstanın Herat vilayətində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb, azı 80 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Herat vilayətinin Quzar kəndindəki məsciddə güclü partlayış baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Ölənlər arasında məscidin imam-xətibi Mühaib Urrəhman Ənsari də var.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

17:08

Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində yerləşən Güzərgah məscidində törədilən partlayış nəticəsində 20 nəfər ölüb.

“Report” “Khaama Press”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin sözçüsü Zəbiullah Mücahid bildirib.

Onun sözlərinə görə, ölənlər arasında məscidin 38 yaşlı imamı Mövləvi Mücib Rəhman Ənsairi də var.

“Taliban” hökuməti baş nazirinin müavini Əbdül Qəni Bəradər hadisənin baş verdiyi əraziyə yola düşüb.

Son xəbərlər

Orphus sistemi