Əfqanıstanın Vardak əyalətində hava zərbəsi nəticəsində bir ailənin azı səkkiz üzvü həlak olub, daha dörd dinc sakin minaatan atəşi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən
"Calriz rayonunun Zorlonq kəndinə hava hücumu nəticəsində bir ailənin azı səkkiz üzvü öldürülüb. Sayed Abad ərazisində baş vermiş başqa hadisədə bir ailənin dörd üzvü həlak olub, daha üç nəfər yaralanıb. Onların evinə mina düşüb", - Vardak əyalətinin şura üzvü Şərifulla Hotak telekanala deyib.
Ölkənin keçmiş prezidenti Həmid Kərzai bəyanatla çıxış edərək, vuruşan tərəfləri zorakılığa son qoymağa və sülhün qurulması üçün indiki imkandan istifadə etməyə çağırıb.
Telekanalın məlumatına görə, zorakılıq aktları ABŞ-ın öz qoşunlarını Əfqanıstandakı çıxarmaq niyyəti haqqında bildirdikdən sonra sürətlənib.