Əfqanıstanda yüzlərlə insan naməlum infeksiyaya yoluxub
Digər ölkələr
- 19 may, 2022
- 00:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Əfqanıstanın cənubundakı Zabul əyalətində azı 200 nəfər naməlum infeksiyaya yoluxub.
“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “Haşt-e Sübh” qəzeti “Taliban” radikal hərəkatının əyalətin səhiyyə idarəsinə rəhbər təyin etdiyi Abdul Hakimiyə istinadən məlumat yayıb.
Rəsminin sözlərinə görə, onlarla insan müalicə olunmaq üçün artıq əyalətin inzibati mərkəzi olan Kalat şəhərinin tibb müəssisələrinə köçürülüb. Qeyd edilir ki, bəzi xəstələrin vəziyyəti ağırdır.
A.Hakimi əlavə edib ki, xəstələrə dəqiq diaqnoz hələ qoyulmayıb, lakin əlamətlər vəba xəstəliyinə bənzəyir.
Qəzetin yazdığına görə, yerli həkimlər kütləvi xəstəliyin əsas səbəbinin gigiyena qaydalarına riayət edilməməsi olduğunu düşünürlər.
Son xəbərlər
09:34
Azərbaycan XİN Pakistana başsağlığı verib
Xarici siyasət
09:33
Məsud Pezeşkian İrəvanda səfərdədir
Region
09:32
Tramp: Zelenskinin pərəstişkarı deyiləm
Digər ölkələr
09:31
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında yarımfinal matçına çıxacaq
Futbol
09:23
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
Fərdi
09:22
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Hadisə
09:14
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirəcək
Futbol
09:04
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.10.2026)
Maliyyə
09:03
Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
Xarici siyasət