Əfqanıstan və Pakistan XİN rəhbərləri səfirliyə hücumu müzakirə ediblər

Əfqanıstan və Pakistan XİN rəhbərləri səfirliyə hücumu müzakirə ediblər “Taliban” hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətinin xarici işlər naziri Əmir Xan Möttəki Pakistanın xarici işlər naziri Bilaval Bhutto ilə telefonla danışıb.
Digər ölkələr
3 Dekabr , 2022 03:21
Əfqanıstan və Pakistan XİN rəhbərləri səfirliyə hücumu müzakirə ediblər

“Taliban” hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətinin xarici işlər naziri Əmir Xan Möttəki Pakistanın xarici işlər naziri Bilaval Bhutto ilə telefonla danışıb.

“Report” xəbər verir ki, bu barədə “Taliban” hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahar Balxi tviterdə məlumat verib.

Onun sözlərinə görə, Möttəki pakistanlı həmkarı ilə Pakistanın Kabildəki səfirliyinə hücumu müzakirə edib və onu əmin edib ki, “Taliban” diplomatik nümayəndəliyin təhlükəsizliyinə xüsusi diqqət yetirmək, o cümlədən insidentə görə məsuliyyət daşıyanları tapıb məsuliyyətə cəlb etmək niyyətindədir.

Xatırladaq ki, naməlum şəxslər dekabrın 1-də Pakistanın Kabildəki səfirliyinə hücum edərək diplomatik missiyanın rəhbərini öldürməyə cəhd edib. Hücum edənlər səfirə bir neçə dəfə atəş açıb, bundan sonra hadisə yerindən qaçıblar. Diplomatı qoruyan səfirliyin təhlükəsizlik işçisi üç güllə yarası alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Pakistanın baş naziri Şahbaz Şərif hücumu pisləyib və hadisənin dərhal araşdırılmasına çağırıb. Hadisə ilə əlaqədar Pakistan Əfqanıstandan səfirini və diplomatik missiyanın əməkdaşlarının bir hissəsini müvəqqəti olaraq geri çağırıb.

Son xəbərlər

Orphus sistemi