Efiopiyada mitinqdə baş nazirə sui-qəsd zamanı 4 nəfər həlak olub

Efiopiyada mitinqdə baş nazirə sui-qəsd zamanı 4 nəfər həlak olub Bir neçə nəfər xəsarət alıb
Digər ölkələr
23 İyun , 2018 15:11
Efiopiyada mitinqdə baş nazirə sui-qəsd zamanı 4 nəfər həlak olub
Reporter

Bakı. 23 iyun. Report.az / Efiopiyanın paytaxtı Əddis-Əbəbədə ölkənin yeni baş naziri Əbiyə Əhmədi dəstəkləyən mitinq zamanı naməlum şəxs qumbara atıb, partlayış nəticəsində ən azı 4 nəfər həlak olub və bir neçə nəfər yaralanıb.

Bu barədə "Report" AR-a istinadən xəbər verir.

Bildirilir ki, partlayış zamanı səhnədə olan Ə.Əhməd xəsarət almayıb. 

Mitinqin təşkilatçısı Seyum Teşome deyib ki, sui-qəsd baş nazirə qarşı hazırlanıb: "Həmin şəxs səhnədə oturan baş naziri hədəf kimi seçmişdi, lakin kütlə ona imkan vermədi".

Onun sözlərinə görə, sui-qəsddə iştirakda şübhəli bilinən 3 nəfər - iki kişi və bir qadın həbs edilib.

Son xəbərlər

Orphus sistemi