Dünyada koronavirusla bağlı son vəziyyət açıqlandı

Dünyada koronavirusla bağlı son vəziyyət açıqlandı Dünyada son bir gündə koronavirusa 175 mindən çox yoluxma aşkarlanıb.
Digər ölkələr
1114
4 İyul , 2020 00:39
Dünyada koronavirusla bağlı son vəziyyət açıqlandı

Dünyada son bir gündə koronavirusa 175 mindən çox yoluxma aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd edilir ki, bununla da COVID-19-a yoluxma hallarının sayı 10,7 milyon nəfəri ötüb.

Pandemiya ərzində təhlükəli virusdan ölənlərin sayı 517 min nəfəri ötüb.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 175 723 hal qeydə alınıb, COVID-19-dan 5 032 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 10 710 005, ölüm hallarının sayı 517 877 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 5 445 710 nəfər virusa yoluxub. Avropada bu rəqəm 2 737 689 təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.