Dövlət Departamenti: Rusiya və ABŞ silahlara nəzarət üzərində işləməlidir

Dövlət Departamenti: Rusiya və ABŞ silahlara nəzarət üzərində işləməlidir “ABŞ və Rusiya Ukraynadakı vəziyyətə baxmayaraq, silahlara nəzarət üzərində işləməyə davam etməlidir”.
Digər ölkələr
26 İyul , 2024 03:48
Dövlət Departamenti: Rusiya və ABŞ silahlara nəzarət üzərində işləməlidir

“ABŞ və Rusiya Ukraynadakı vəziyyətə baxmayaraq, silahlara nəzarət üzərində işləməyə davam etməlidir”.

“Report”un məlumatına görə, bu fikri ABŞ dövlət katibinin silahlara nəzarət, çəkindirmə və sabitlik üzrə köməkçisi Mellori Stüart Vaşinqtonda Karnegi Fondunda çıxışı zamanı deyib.

“Biz bu söhbəti davam etdirməliyik. Amerika tərəfi deyir ki, biz riskləri azaltmağa və silahlara nəzarət üzərində işləməyə davam etməliyik, həmçinin sabitliyin pozulmasının və silahlanma yarışının qarşısını necə alacağımızı başa düşməliyik”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, ABŞ dəfələrlə Rusiyaya bu cür işi davam etdirməyi təklif edib, lakin onun sözlərinə görə, Moskva dialoqu davam etdirmək üçün Vaşinqtondan Ukraynanı dəstəkləməkdən mahiyyətcə imtina etməyi tələb edib, ABŞ isə bunu etməyəcək.

Son xəbərlər

Orphus sistemi