Tramp noyabrın 14-də NATO-nun baş katibi ilə görüşəcək
- 09 noyabr, 2019
- 19:35
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ prezidenti Donald Tramp noyabrın 14-də Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
"Prezident Donald Tramp Ağ Evdə Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberqi qəbul edəcək", - deyə bəyanatda bildirilir.
Qeyd edilir ki, tərəflər NATO üzrə müttəfiqlərin müdafiə xərclərinin artımını və büdcəyə ödəmələrin daha ədalətli bölgüsünün təminatı işində irəliləyişi müzakirə edəcəklər. ABŞ prezidenti həmçinin NATO-nun müdafiəsini və xarici təhdidlərə dözümlülüyünün, xüsusən terrorçuluqla mübarizənin gücləndirilməsinin əhəmiyyətini vurğulayacaq.
Bundan başqa, Tramp və Stoltenberq kibertəhlükə mövzusuna da toxunacaqlar.