Donald Tramp Hindistan və Pakistana çağırış edib
Digər ölkələr
- 17 avqust, 2019
- 00:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistana Kəşmir ətrafında yaranan gərginliyi danışıqlar yolu ilə həll etməyə çağırıb.
Report “TASS”a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Hoqan Hidli bildirib. O, qeyd edib ki, bu gün D.Tramp Pakistanın Baş naziri İmran Xanla bölgədəki vəziyyəti müzakirə edib.
Qeyd olunub ki, Amerika lideri Cammu və Kəşmir ştatı ətrafında yaranan problem daxil olmaqla Hindistan və Pakistan arasında gərginliyin dilaoq vasitəsilə həllinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Hindistan Cammu və Kəşmir ştatının xüsusi statusunu ləğv edərək onu Dehlinin birbaşa nəzarəti altına alıb. Bu, Pakistan və Hindistan arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub.
Son xəbərlər
16:07
Memarlar Sadıq Dadaşovla Mikayıl Useynovun Bakıda ucaldılacaq abidəsinin yeri dəyişdirilib
İncəsənət
16:07
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
Futbol
16:05
Azərbaycan əhalisinin yanacaq xərcləri 4 % artıb
Energetika
16:02
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb
Hadisə
15:56
Eynulla Mədətli: Vahid geyim formasının tətbiqi şagirdlər arasında bərabərliyin təmin olunmasına xidmət edir
Elm və təhsil
15:55
Azərbaycanın U-16 millisi dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
Futbol
15:50
Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlığı genişləndirmək qərarına gəliblər
Region
15:49
Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq
Analitika
15:43
"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə