Deputatlar Monteneqro parlamentinin sədrini vəzifəsindən azad ediblər

Digər ölkələr
  • 07 fevral, 2022
  • 19:44
Deputatlar Monteneqro parlamentinin sədrini vəzifəsindən azad ediblər

Monteneqro assambleyasının (81 yerlik parlament - Red) fövqəladə iclasında parlamentin spikeri Aleksa Beçiçin istefası millət vəkilləri tərəfindən dəstəkləyib.

“Report” xəbər verir ki, səsvermə müxalifətdə olan Sosialistlərin Demokratik Partiyası Milo Cukanoviçin təşəbbüsü ilə keçirilib.

Parlamentin sədr müavini Branka Boşnjak bildirib ki, 79 deputatın 49-u spikerin vəzifəsindən azad edilməsi barədə qərarı dəstkələyib.

Qeyd edək ki, fevralın 4-də Monteneqro parlamentində hökumətə etimadsızlıq səsverməsi keçirilib.

Müxalifət və iqtidar partiyalarının tələbi ilə keçirilən səsvermədə 54 deputat iştirak edib. Onlardan 43-ü Zdravko Krivokapiçin rəhbərlik etdiyi koalisiya hökumətinə etimadsızlıq təklifini dəstəkləyib.

44 filmi