Dəməşqin xristianlar yaşayan rayonu atəşə tutulub, yaralananlar var
Digər ölkələr
- 02 dekabr, 2017
- 23:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 dekabr. REPORT.AZ/ Şənbə günü silahlı qruplaşmalar atəşkəs rejimini pozub və Suriya paytaxtının xristianlar yaşayan Bab-Tuma məhəlləsini minaatanlardan atəşə tutublar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilir ki, mərmilərdən biri Müqəddəs Məryəm kilsəsinin yanına düşüb. İlkin məlumata görə, nəticədə 3 nəfər yaralanıb, binaya maddi ziyan dəyib.
Daha 5 nəfərin yaralanması barədə məlumat Dəməşqin şərqində yerləşən Cerman xristian dairəsindən daxil olub.
Məlumata görə, Suriya ordusu yaraqlıların Şərqi Qut regionundakı mövqelərinə cavab atəşi açıb və onların bir neçə atış qurğusunu məhv edib.
Son xəbərlər
20:35
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı"nda iştirak edib
Xarici siyasət
20:34
Çin ABŞ ilə əməkdaşlığı gücləndirməyə hazır olduğunu bəyan edib
Digər ölkələr
20:25
Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb
Hadisə
20:18
İspaniyada ümumi tətil son 14 ilin ən böyük tətili olub - Yenilənib-2
Digər ölkələr
20:15
Kavelaşvili: Gürcüstan iqlim təşəbbüsləri çərçivəsində sıx əməkdaşlığa hazırdır
Ekologiya
19:58
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
Din
19:55
PSJ "Borussiya"nın qapıçısı Qreqor Kobeli heyətinə qatmaq istəyir
Futbol
19:47
Ərdoğan və Paşinyan iki ölkə arasında münasibətlərin nizamlanmasını irəlilətmək niyyətindədirlər - Yenilənib
Region
19:41
Foto
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
Xarici siyasət