"Omikron"a görə Danimarka məktəblərində tətil 1 aya yaxın davam edəcək

"Omikron"a görə Danimarka məktəblərində tətil 1 aya yaxın davam edəcək Danimarkada ümumtəhsil məktəblərində Milad tətilləri koronavirusa yoluxmanın artması səbəbindən bir aya yaxın davam edəcək.
Digər ölkələr
9 Dekabr , 2021 07:08
Omikrona görə Danimarka məktəblərində tətil 1 aya yaxın davam edəcək

Danimarkanın ümumtəhsil məktəblərində Milad tətilləri koronavirusa yoluxmanın artması səbəbindən bir aya yaxın davam edəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Mette Frederiksen keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məktəblilər dekabrın 15-dən yanvarın 4-dək tətildə olacaqlar.

Dekabrın 10-dan Danimarkada gecə klubları və diskotekalar bağlanacaq. 50-dən çox insanın iştirakı ilə konsertlər və kütləvi tədbirlər keçirilməyəcək, restoranlara qoruyucu maskalarla gəlmək məcburi olacaq.

Hökumət həm özəl, həm də dövlət müəssisələrinə işçilərin məsafədən işləməsini tövsiyə edib.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusun "omikron" ştamına 577 yoluxma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi