Botsvanada yeni koronavirusdan ilk ölüm qeydə alınıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ölkənin vitse-prezidenti Slamber Tsoqvane bildirib.
Vitse-prezident qeyd edib ki, martın 14-də CAR-ın Motsvedi şəhərinə getmiş 79 yaşlı qadın koronavirusa yoluxub. O, martın 25-də ölüb.
Qadın martın 15-də ölkəyə qayıdıb, onda virusa yoluxmanın ilk əlamətləri martın 21-də ortaya çıxıb.
Burundidə isə koronavirusa ilk yoluxma təsdiqlənib. Bu barədə ölkənin səhiyyə naziri Tadde Ndikumanuya istinadən “Sinxua” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, söhbət Burundinin 42 və 56 yaşlı iki vətəndaşından gedir. Onlardan biri bu yaxınlarda Ruandadan, digəri isə Dubaydan qayıdıb.