Dağıstanda yanacaqdoldurma məntəqəsində partlayış baş verib

Digər ölkələr
  • 28 yanvar, 2017
  • 19:39
Dağıstanda yanacaqdoldurma məntəqəsində partlayış baş verib

Bakı. 28 yanvar. REPORT.AZ/ Dağıstanda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" regionun fövqəladə xidmətlərinə istinadən xəbər verib.

Məlumata görə, hadisə Mahaçqala şəhəri yaxınlığındakı qəsəbədə, yerli vaxtla saat 22:20-də qeydə alınıb. Hazırda hadisə yerində xilasedicilər işləyir.

Partlayışın baş verdiyi əraziyə həkim briqadaları cəlb olunub. Hələlik yaralılar və ya ölənlər barəsində məlumat verilmir.