Cozef Bayden Vladimir Putinin soyadını dəyişik saldı

Cozef Bayden Vladimir Putinin soyadını dəyişik saldı ABŞ prezidenti Cozef Bayden çıxışı zamanı Rusiya ilə bağlı bir neçə səhvə yol verib
Digər ölkələr
16 Aprel , 2021 07:06
Cozef Bayden Vladimir Putinin soyadını dəyişik saldı
Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden Rusiya ilə bağlı çıxışı zamanı bir neçə səhvə yol verib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, Ağ Ev rəhbəri eskalasiya və vaksinasiyanı qarışdırıb, habelə Rusiya prezidenti Vladimir Putinin adını səhv tələffüz edib.

Amerika lideri əvvəlcə "ABŞ peyvənd dövrü ... eskalasiya və Rusiya ilə qarşıdurmaya başlamaq istəmir", - deyib.

ABŞ rəhbəri sonra çıxışını davam etdirib və "prezident Klutin" deyərək Rusiya prezidentinin soyadını səhv səsləndirib. Lakin dərhal sonra səhvini düzəldib.

Daha əvvəl Cozef Bayden ictimaiyyət qarşısında çıxışı zamanı Birləşmiş Ştatların vitse-prezidenti Kamala Harrisi dövlət başçısı adlandırıb. "Nə vaxt ki, prezident Harris və mən…", - Cozef Bayden peyvəndlənmə kampaniyası üzrə müvəffəqiyyətlərdən danışarkən deyib. Ötən ilin sentyabr ayında, seçkidə qalib gəlməzdən əvvəl Harrisin özü də, Baydenin qələbə çalacağı təqdirdə gələcək ABŞ prezident administrasiyasının planlarını dilə gətirərkən "Harris administrasiyası" ifadəsindən istifadə edib.

Son xəbərlər

Orphus sistemi